Bunu Modern.az saytına psixoloq Dəyanət Rzayev bildirdi. “Sosial şəbəkələr bir çoxlarının iş həyatına yaxından kömək edir. Bəziləri şirkətini, məhsulunu asanlıqla sosial şəbəkədə reklam edə bilir. Bildiyiniz kimi, reklamlar çox baha başa gəlir. Sosial şəbəkədə kimsə qrup yığır, kimsə biznesi üçün istifadə edir və s. Çox istifadə olunduğu halda isə bu vərdişə çevrilir. İnsan bir növ internetdən asılı hala düşür. Virtual ünsiyyətə keçdikdən sonra bəzilərində normal ünsiyyətdə problemlər yaranır. İnsanlarla təmasda çətinlik çəkir”. Psixoloqun sözlərinə görə, ünsiyyət dili özü bir bacarıqdır. “Daha çox virtuallaşan insanlarda real ünsiyyət getdikcə azalır. Sosial şəbəkələr burada bir növ vasitəçi rol oynayır. Düşünürəm ki, sosial şəbəkələr də getdikcə öz mahiyyətini itirəcək. Necə ki, bir vaxtlar mobil telefonlar dəbdə idi. Onların dövrü keçdi. İndi isə dəbdə sosial şəbəkələrdir. Bu dəb, eyforiya da yaşanılır və müəyyən müddətdən sonra onlardan istifadə də azalacaq”.
Mənbə: Milli.Az