Qadin.NET / Şaxta Amerikanı dondurdu

Şaxta Amerikanı dondurdu

 

Son iyirmi il ərzində Şimali Amerikanın qərb sahilində hökm sürən ən şaxtalı hava siklonu şərqə doğru hərəkət etməkdədir. Milli.Az-ın BBC-yə istinadən məlumatına görə, Kanada ilə həmsərhəd Miçiqan gölü ətrafındakı bölgədə temperatur mənfi 40 dərəcəyə enib, şimal-qərbdəki Montanada isə termometrlər selsiusla minus 53 dərəcəni göstərir. Sinoptiklərə əsasən, şiddətli soyuq və qarlı havalar 180 milyondan artıq adamın həyatına təsirini göstərməkdədir. Nyu York şəhərində şaxtaların - 26 C-ə çatacağını bildirən haklimiyyət bır sıra əsas yolların bağlanacağını elan edib. Çovğunlara görə bəzi yollarda yaranmış avtomobil tıxaclarının açılmasına hərbi texnika cəlb olunub. Yalnız bazar ertəsi hava şəraitinə görə 4,500 təyyarə reysi ləğv edilib.

 

Mənbə: Milli.Az

8 yanvar 2014
GO BACK