Qadin.NET / Saytların sayı hesablandı

Saytların sayı hesablandı

 

Netcraft analitik şirkətinin məlumatlarına əsasən, yanvarın 1-nə internetdə 861379152 sayt və şəxsi bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 355935 resurs daha çoxdur. Adı çəkilən şirkətin hesabatına əsasən, 2013-cü il mühüm dəyişikliklər baş verib: internet saytların sayı 33% artıb və Edvard Snoudenin ifşaedici açıqlamaları fonunda trafikin şifrlənməsi problemi, həmçinin Microsoft IIS serverinin bazar payı 30%-dək, Apache serverində isə 14% azalma müşahidə olunub, halbuki Nginx və ixtisaslaşdırılmış bulud serverlərində artım qeydə alınıb. Bir ildə Nginx serverinin bazar payı təxminən 16% artıb və hazırda o, IIS serverindən cüzi geri qalır. Milli.Az ICTnews-a istinadən bildirir ki, qlobal şəbəkənin strukturuna daxil olan saytların ümumi sayı xeyli artıb: 2013-cü ilin əvvəlində onların sayı təxminən 630 milyon olub, halbuki hazırda 861 milyonu (+37%) ötür. 2013-cü ilin ikinci yarısında (Edvard Snoudenin ifşaedici açıqlamaları ilə eyni anda) SSL trafikin şifrlənməsi texnologiyasının populyarlığı yüksək pik nöqtəsinə çatıb: şəbəkədə ən çox ziyarət olunan milyon saytın 48%-i SSL protokolunu dəstəkləyir.
Bütün bunlara baxmayaraq, Apache veb-serveri analoqları arasında daha populyardır və bir ildə onun bazar payı 200 milyon sayt artıb.
Mənbə: Milli.Az
8 yanvar 2014
GO BACK