Qadin.NET / Günün ulduz falı - 30.12.2013

Günün ulduz falı - 30.12.2013

 

Qoç - qəza riskinin az olmadığı gündür. Aktivliyi bir qədər azaltmaq gərəkdir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq. Karmik düyünlər güclənir, hadisələrin axarı sürətlənir. Önəmli saydığınız münasibətlərin indiyədək mübhəm qalan yönləri görünür. Qərarları siz qəbul edirsiniz. Tərəfdaşların reaksiyasını diqqətlə izləyin. Mənfiliyə köklənməyin, impulsiv addımlar atmayın. Yeni mövzu başlana bilər.
Buğa - münasibətlərdəki intensivləşmə həmkarlar və tərəfdaşlarla əlaqələrə mənfi təsir göstərə bilər. Buna imkan verməyin, ümumi problemlər və maraqları unutmayın. Başqa işlə məşğul ola bilərsiniz. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi zərurətini ehtiva edir. Günün ikinci yarısında mühüm xəbərlər, sizi maraqlandıran suallara cavablar alacaqsınız. Axına qarşı hərəkət etməyin. Səhhətinizə fikir verin.
Əkizlər - bu gün ənənəvi hadisələr və planlar çərçivəsində qalın. Bütün səviyyələrdə qəza riski artır. Münaqişələrin səngiməsi və ya əksinə, artması mümkündür Çətin həll axtarmalısınız, asan çözüm variantları yoxdur. Yollarda, avadanlıq və mexanizmlərlə iş zamanı ehtiyatlı olun. Qıcıqlı, sinirli olsanız, kənardan mənfi təsiri cəlb edəcəksiniz. Durumun stabil olmadığını nəzərə alın. Planlarınız qəfil dəyişikliklərə məruz qalarsa, hər şeyin ilkin vəziyyətə qayıtmasına can atmayın. Yeniliyə uyğunlaşın və fərqli şəraitdə hansı qərarın optimal olduğunu anlayın.
Xərçəng - işlər və görüşlərin çox olduğu gündür. Gün olaylarla bol olacaq. Bəzi situasiyalar sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlar yalnız öz maraqlarının təminatına çalışaraq soyuq davranırlar. Ailə üzvlərinizlə münasibətlərdə problemlərin yaranmasına imkan verməyin. Sərt tənqidə varmayın, aqressiv davranmayın. Konkret işlərlə məşğul ola biləcək insanlarla əməkdaşlıq edin. Axşam saatlarına yaxın işlərdə sürətlənmə olmalıdır. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, proseslərdə aktivliyi sezəcəksiniz. Alış-veriş üçün uğursuz gündür.
Şir - mənfi və ya müsbət dəyişikliklər ola bilər. Komanda işinə, kollektiv fəaliyyətə köklənin. Baş verən hadisələrin təmayüllərini hiss edin, yeni ideyalarınızı yaxın ətrafınızdakı insanlarla bölüşün.
Sevdiyiniz insanların qayğısına qalın. Münaqişə, ifrat yorğunluq və riskə səbəb ola biləcək addımlar atmayın.
Qəfil hadisələr və ya çılğın emosiyalar gərginliyin kritik həddə çatdığını göstərir. Yolda, səfərdə, işin axırına yaxın saatlarda ehtiyatlı olun. Məişət texnikası və kompüterlərlə problem, informasiyanın itirilməsi ola bilər.
Daxili gərginlik nə qədər az olarsa, problemlər də bir o qədər azalacaq. Gərginlik səviyyəsinin aşağı salınması üçün bütün vasitələrdən yararlanın.
Qız - axtarış üçün yaxşı gündür. Əmək məhsuldarlığı yüksək səviyyədədir. Maraqlandığınız işi seçə bilərsiniz. Şərtləri aydınlaşdırın. Dəyişikliklərin mümkün mənfi və müsbət yönlərini hesablayın. Mühüm qərarların qəbulunu bir qədər təxirə salın, tərəfdaşların mövqeyini öyrənməyə can atın. Günün ikinci yarısı mühüm və önəmli vaxtdır. Önəmli məsələlərə diqqət ayırmağı unutmayın. Gələcəyə baxın, cari işlərlə kifayətlənməyin. Axşam saatlarında maraqlı məclisə düşə bilərsiniz.
Tərəzi - sərfəli anlaşmaya nail olmaq və ya sizə məxsus əşyanı geri almaq imkanınız var. İşlər planlaşdırdığınız istiqamətdə normal məcraya malik deyilsə, səbrli və təmkinli olun. Başqasının səhvləri və yanlışlıqlarına görə məsuliyyət daşımağa can atmayın. Çətin məsələni, problemi dərhal həll etmək mümkün deyil. Aramla, sakit işləyin və başqalarının yaşamınıza müdaxiləsinə imkan verməyin.
Əqrəb - qəfil hadisə və ya xəbər güclü emosional reaksiyaya səbəb ola bilər. Dünyanın ədalətsiz olduğunu düşünməyin. Heç nəyi ağırlaşdırıb çətinləşdirməyin. Başqalarının problemlərini yoluna qoymaq üçün ifrat səylərə qapılmayın.
Münaqişələr və ya arzuların puç olması dünyanın sonu deyil. Əksinə, yaşananlar sizi mövcud situasiyada yeganə dürüst qərarın qəbuluna təhrik edə bilər. Prosesləri dramatikləşdirməyin. Nə isə təkrarlanırsa, taleyin sizdən nə istədiyini anlamağa çalışın. Səhhətinizi qoruyun, stress situasiyalar və ekstrimdən yan qaçın. Fiziki aktivlik səviyyəsini aşağı salmayın.
Oxatan - hadisələr sizdən prosesdə aktiv iştirak etməyi tələb edir. Rəqiblərlə yanaşı, həmkarların da davranşına diqqət yetirin. Perspektivdə uğurlu ola biləcək planın təməli indi qoyulur Son günlərin hadisələri fəaliyyətə korrektələr edilməsini qaçılmaz edir. Planlara dəyişikliklər edin, xeyirli təmasları bərpa edin. Yeni ideya arayın. Axşam saatlarında şirin vədlərə və riskli işlərə uymayın.
Oğlaq - tədbirlərin axarını müşahidə edərək məntiqli davranmağa çalışın. Ev işləri və məişət qayğılarını ön plana çəkməyin. Köhnə əşyalar və artıq mənasız təsir bağışlayan hisslərdən qurtulun. Emosiyalarınıza hakim olun. Virtual aləminizə diqqət yetirin. Yazışmalarda, sənədlərdə, fayllarda qayda yaradın. Alınan informasiyanı təhlil edin. Yaşam sizi seçim qarşısında qoyur. Yekun qərarı təxirə salmayın. Ünsiyyətdə və əyləncədə ehtiyatlı olun. Təhlükəli macəralar, risk və avantüra aramayın. Axşam saatlarında vaxtında evə qayıdın.
Dolça - həyəcan və təbəddülatın çox olacağı gündür. Hiss və həyəcanlarınız yaxın ətrafınızdakı insanlar üçün səmimi təsir bağışlamır. Deyilənlərin hamısını ürəyinizə salmayın. Dəyərləndirmə və sözlərinizdə dəqiq olun. Gərginlik artır. Hisslərinizi cilovlayın, emosional olmayın. Nəzarətsiz qrup energetikasının tüğyan etdiyi tədbirə qatılmayın. Səhhətinizin qayğısına qalın. Maraqlarınızın təminatına çalışın. Hadisələrin məcrasında dəyişikliklər ola bilər.
Balıqlar - hisslərin gərginləşdiyi, prioritetlərin dəyişdiyi, etiraflar və səmimiyyətə tələbatın artdığı bir dönəmdir. Proses mənfi və ya müsbət yöndə inkişaf edə bilər. Fəqət bütün bunların nəticəsində yeni istiqamətləri müəyyənləşdirmək olar.
Maliyyə məsələlərində risk etməyin. İri məbləğli ödənişləri və maliyyə köçürmələrini təxirə salın. Problemin harada olduğunu intuitiv hiss etməyə can atın. Tərəfdaşlarınız, qohumlarınız və yaxınlarınız nümayişkəranə şəkildə inadkarlıq edirlər.
Mənbə: Milli.Az
30 dekabr 2013
GO BACK