Qadin.NET / Nokia xəritəsini Apple-a verməyəcək

Nokia xəritəsini Apple-a verməyəcək

 

Engadget bloqu yazır ki, Finlandiyanın Nokia şirkəti Apple App Store onlayn mağazasından Here Maps kartoqrafiya tətbiqini silib.Milli.Az ICTnews-a istinadən bildirir ki, Nokia şirkətindən bildirilib ki, onlar Here Maps tətbiqinin iOS 7 platforması ilə işləyən mobil qurğulardakı problemlərinə görə belə qərar qəbul ediblər.iPhone istifadəçiləri əvvəlki kimi m.here.com ünvanında Here Maps tətbiqinin mobil veb-versiyasından istifadə edə bilərlər – Nokia şirkətindən bildirilib. Şirkətdən bildirilib ki, sözügedən xidmət Apple smartfonları üçün ödənişsizdir.

 

Mənbə: Milli.Az

29 dekabr 2013
GO BACK