Qadin.NET / İlk şəffaf planşet satılacaq

İlk şəffaf planşet satılacaq

 

Planşet istehsalçıları öz məhsullarına istifadəçilərin diqqətini müxtəlif yollarla cəlb etməyə çalışırlar: hansısa şirkət tutumlu batareya və ya yüksək təsvir ölçülü ekranla, digəri 8 nüvəli prosessor və nazik korpusla. İstehsalçıların iddiasına əsasən, Grippity planşeti dünyanın ilk şəffaf planşetidir.Milli.Az ICTnews-a istinadən bildirir ki, yarımşəffaf ekranın diaqonalı 7 düym və təsvir ölçüsü 800x480 nöqtə təşkil edir. İkitərəfli sensor daxil etmə sistemi sözügedən planşetin daha bir xüsusiyyətidir. Başqa sözlə, planşet arxa və ön tərəfi sensor panellərlə təchiz edilib.Planşet Cortex-A8 prosessoru, 4 QB daxili fləş yaddaş, SD kartları üçün slot, Wi-Fi və Bluetooth simsiz rabitə modulları, həmçinin məişət texnikasını idarə etmək üçün infra-qırmızı ötürücü aparatla təchiz edilib. Cihaza Android 4.2 versiyası quraşdırılıb, daha sonra 4.4 versiyası ilə yenilənəcək.Grippity planşetinin kütləvi istehsalı üçün istehsalçılara 200 min dollar lazımdır.

 

Mənbə: Milli.Az

 
29 dekabr 2013
GO BACK