Qadin.NET / Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib

 

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2013-cü ilin xidməti fəaliyyətin yekunları və 2014-cü ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirədə Xidmətin rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2013-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2014-cü ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.Müşavirədə bir sıra məsələlər müzakirə olunub, A.Rəhimov 2014-cü ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib

 

Mənbə: Milli.Az

29 dekabr 2013
GO BACK