Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-7 dərəcə, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2°-dək isti təşkil edəcək. Gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta gözlənilir. Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-3 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 1-5 dərəcə şaxta təşkil edəcək. Gecələr 13-18° şaxta, bəzi günlərdə 23-28° şaxta təşkil edəcək. Gündüzlər 4° şaxtadan 1°-dək isti, bəzi günlərdə 7-12° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-25 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-3° şaxta gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6° şaxta təşkil edəcək. Gecələr 5-10° şaxta, bəzi günlərdə 12-17° şaxta təşkil edəcək. Gündüzlər 1-6° isti, bəzi günlərdə 1-6° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaorta aylıq temperatur 1-3° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Gecələr 0-5° şaxta, bəzi günlərdə 6-10° şaxta gözlənilir. Gündüzlər 4-9° isti, bəzi günlərdə 0-5° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox (norma 10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatuir 3° şaxtadan 2°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6° şaxta təşkil edəcək. Gecələr 5-10° şaxta, bəzi günlərdə 15°-dək şaxta, yüksək dağlıq
ərazilərdə 21-26° şaxta təşkil edəcək. Gündüzlər 0-5° isti, bəzi günlərdə 3-8° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 2-4° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2° şaxtadan 2°-dək təşkil edəcək. Gecələr 0-5° şaxta, bəzi günlərdə 8°-dək şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 4° şaxtadan 1°-dək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə birqədər çox (norma 17-30 mm) olacağı gözlənilir.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 2-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2° şaxtadan 2°-dək isti təşkil edəcək. Gecələr 4° şaxtadan 1°-dək isti, bəzi günlərdə 5-9° şaxta, dağlarda 12-17° şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 63-98 mm) olacağı gözlənilir.
Mənbə: Milli.Az