Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq rezidentura səviyyəsini bitirən şəxslər təyinatla müxtəlif tibb müəssisələrinə işə göndəriləcəklər. Təyinat sisteminin bərpası təhsilin yalnız rezidentura səviyyəsinə aid edilib. Bunda məqsəd isə rayonlarda həkim çatışmazlığını aradan qaldırmaqdır.
Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilmişdi. Həmin vaxt təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqələndirilmişdi. Bu qərardan sonra işə qəbul olmaq istəyən məzunlar Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş vakant yerlərə işə qəbul olmaq üçün müsabiqədə iştirak edirdilər.
Mənbə: Milli.Az