Bu il də Bakının ən böyük Yeni il ağacı Azadlıq meydanında qurulub. Builki yolka nə az, nə çox - 11-mərtəbəli bina hündürlükdədir. Milli.Az APA TV-yə istinadən bildirir ki, 36 metrlik nəhəng yolka ölkənin tarixində ən hündür Yeni il ağacı sayılır. Müqayisə üçün qeyd edək ki, ötən il Azadlıq meydanında qurulan yolkanın hündürlüyü 21 metr idi. Metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkilib və illüminasiya quraşdırılıb. Yolkanın nəhəngliyi sakinlərin ona xüsusi marağının əsas səbəbidir. Gecə saatlarında da yolkanın ətrafında adamlar olur. Bu maraq Şaxta baba və Qar qızı da ruhlandırıb. Ən hündür yolkanın attraksion ətrafında qurulması nəzərdə tutulsa da, bu işləri bayramadək çatdırmaq mümkün olmayıb.
Mənbə: Milli.Az