Qadin.NET / "Maqnit adam" Etibar Budaqlı bir gündə 6 dünya rekordu qazandı

"Maqnit adam" Etibar Budaqlı bir gündə 6 dünya rekordu qazandı

 

Borçalı sakini olan və Ginnesin Rekordlar Kitabına düşən “maqnit adam” təxəllüsü ilə tanınan Etibar Budaqlı dekabrın 28-də Tiflisdə 6 dünya rekordu əldə edib. APA-nın məlumatına görə, E. Budaqlı öncə 52 qaşığı sinəsinə düzüb və 6 dəqiqə 15 saniyə saxlayıb. Sonra o, sinəsinə yapışdırdığı 10 sinini 1 dəqiqə 15 saniyə saxladığını nümayiş etdirib və sonra üzərində 84 kq yüklə 25 saniyə qaçıb. Bundan sonra E. Budaqlının sinəsinə yapışdırılan dəmirin üstünə 15 kirəmit kərpic qoyulub və çəkiclə zərbə vurularaq qırılıb. “Maqnit adam” həmin gün bədəni ilə 147 kq yükü 30 saniyə saxlayıb. O, sonuncu rekordunda maqnitin gücü ilə saxladığı 19 kq dəmirin üstündə oturan və 55 kq çəkidə olan gənci sinəsində saxlayıb  və ona bağlanan kəndirlə 1540 kiloqramlıq “Mercedes” markalı avtomobili 10 metr dartıb. Tədbirdə E. Budaqlıya diplomlar və mükafatlar təqdim olunub.

“Maqnit adam”ın bir gündə əldə etdiyi bu rekordları dünyanın bir çox telekanalları, o cümlədən Azərbaycan televiziyaları və media nümayəndələri müşayiət ediblər.  

Mənbə: Milli.Az

29 dekabr 2013
GO BACK