Qadin.NET / Bitcoin pul paylayır

Bitcoin pul paylayır

 

Bitcoin Grant şirkəti müxtəlif təşkilatlara bitcoinlərlə onlarla və yüz minlərlə dollara ekvivalent məbləğlərdə qrantlar paylayır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəllər qrantlar fəaliyyətləri bitcoinlərlə bağlı olan şirkətlərə verilirdi. Bu kibervalyutanın əldə edilməsi üçün avadanlıq yaradan Avalon şirkətinə 10 min bitcoin ayrılıb və şirkət onları yeni nəsil maynerlərin istehsalına yönəldib.Hazırda Bitcoin Grant açıq çıxış kodu ilə proqram təminatı yaradan qeyri-kommersiya təşkilatlarını maliyyələşdirir. Misal üçün şirkət, Google Androidin alternativi kimi təmənnasız paylanan Replicant əməliyyat sisteminin yaradıcılarına qrant ayırıb.Biz gündə etdiklərimizlə inandıqlarımızı birləşdirən daha mükəmməl reallıq yaratmaq istəyirik. Biz sizi məqsədlərinizə nail olmaqda maliyyə problemlərindən azad etmək istəyirik. Biz istəyirik ki, açıq çıxış kodlu proqram təminatları, hobbi yerinə, bizim can atdığımız əsas məqsəd olsun. Biz bu reallığı sizinlə birgə yaratmaq istəyirik, - Bitcoin Grant saytında yazırlar.
Mənbə: Milli.Az
28 dekabr 2013
GO BACK