Qadin.NET / Apple yenə suçlanır

Apple yenə suçlanır

 

Tayvan hökuməti ABŞ-ın Apple şirkətini mağazalarında iPhone smartfon modellərinin satılması ilə məşğul olan yerli mobil rabitə operatorlarına təzyiq göstərdiyinə görə 20 milyon Tayvan dolları məbləğində (təxminən 666 min dollar) cərimə edib. Belə ki, ABŞ şirkəti müqavilələrin imzalanması zamanı müəyyən şərtlərə riayət etməyi tələb etməklə rəqiblərdən aşağı qiymətin təyin edilməsini qadağan edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, gələcəkdə Appleın mobil rabitə operatorlarının işinə müdaxiləni davam etdirəcəyi təqdirdə cərimənin məbləğinin iki dəfədən çox artırılacağı gözlənilir.Qiymətlərin tənzimlənməsi ilə bağlı məlumat operatorlar və ABŞ istehsalçısı arasında aparılan elektron yazışmalardan məlum olub. Apple bu məsələ ilə bağlı hələ ki münasibət bildirməyib.

 

Mənbə: Milli.Az

28 dekabr 2013
GO BACK