“Ford” şirkəti artıq 37 ildir ki, Amerikada ən çox satılan yüngül çəkili yük avtomobili olan pikap “F150”-nin yeni nəsli üçün alüminiumdan istifadə etmək qərarına gəlib.Milli.Az Auto.az-a istinadən bildirir ki, alüminiumdan olan “F-150”-nin yanvar ayında Detroyt avtosalonunda təqdim ediləcəyi, satışına isə 2014-cü ildə başlanılacağı gözlənilir. Ötən ilki konsept “Atlas” yeni “F-150” ilə dizaynı bölüşəcək.Elə həmin konseptdən də “alüminium” mənimsənilib. “Ford”-da bildirirlər ki, yeni “F-150”-nin banında alüminiumun payının artması ona təxminən 317 kq yüngülləşməyə imkan verəcək, lakin buna baxmayaraq o alıcıların dəyərləndirdikləri dözümlülüyünü itirməyəcək.“Ford”-dan “Automotive News” portalına verilən məlumata görə çəkinin yüngülləşdirilməsi avtomobilə 100 km məsafəyə 7,8 litr yanacaq sərf etməyə imkan yaradacaq. İndiki model isə 10 litr sərf edir.Yenilikdə kapotun, qapıların və qanadların alüminiumdan olacağı güman edilir. Digər detallar barədə isə hələlik məlumat verilmir. Əvəzində, məlumdur ki, qənaətcilliyə 10-pilləli ən yeni “avtomat” sürət qutusu da kömək edəcək. Alüminium detallar avtomobilin qənaətcilliyi ilə yanaşı, qiymətini də artıracaq. Amerikanın analitik agentliyi olan “IHS Automotive”-in hesablamalarına görə, “F-150”-ni istehsal edən hər bir zavod alüminium ban düzəltmək üçün yeni avadanlıqlarla təmin ediləcək, bu da onların 6 həftə işləməyəcəkləri deməkdir.Agentlik hesab edir ki, alüminiumdan olan “F-150” 2014-cü ilin ikinci yarısında satışa çıxarılacaq. Mühərriklər qammasına 5-litrlik V8, 3,5-litrlik turbo mühərrik “EcoBoost”, o cümlədən elə həmin həcmə malik atmosferli V6 daxildir. 2015-ci ildə bu qammaya 2,7-litrlik V6 da daxil ediləcək.
Mənbə: Milli.Az