Milli.Az Velosped Federasiyasından aldığı məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped Udmanı Federasiyası, Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə dekabr ayının 29-u, saat 16:00-da velosiped həvəskarları üçün yürüş keçirəcək.
Veloyürüş Əl Oyunları İdman Sarayının yanından start götürəcək və saat qülləsinin yanında başa catacaq. Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara yeni il hədiyyələri təqdim olunacaq.
Federasiya bütün velosiped həvəskarlarını dekabrın 29-da bayram yürüşünə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.
Mənbə: Milli.Az