Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.
Dekabrın 31-də axşam və dekabrın 31-dən yanvarın 1-nə keçən gecə (Yeni il gecəsi) havanın temperaturu 2 dərəcə isti olacaq.
Yanvarın 1-də cənub küləyi günorta saatlarında artıq arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar yanvarın 1-də havanın temperaturu dekabrın 31-i ilə müqayisədə 3-4 dərəcə enəcək. Həmin gün bəzi yerlərdə az çiskinli yağıntının olacağı ehtimalı var.
Bakıda yanvarın 2, 3, 4-də havanın temperaturu gündüz saatlarında 5 dərəcə istidən yüksək olmayacaq. Yanvarın 5-dək Bakıda güclü küləyin əsəcəyi gözlənilməsə də, nisbətən soyuq hava şəraitinin olacağı proqnozlaşdırılır.
Dekabrın 31-də Azərbaycanın bir çox rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Havanın temperaturunun Aran rayonlarında gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 dərəcə isti olacağı gözlənilir. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə dağlıq rayonlarında gecə saatlarında 5-10 dərəcə şaxta proqnozlaşdırılır.
Mənbə: Milli.Az