Köhnə filmlərdən birinin qəhrəmanı deyirdi ki, "Eşq olsun şayiələrə!". Görünür, çox adam bu devizin tərəfdarıdır. Çünki şayiələr və onları yayanlar hər tərəfdədirlər. Şayiələr, söz-söhbətlər... İlk baxışdan bunlar zərərsiz müzakirələrdir. Kişilər siqaret çəkilən yerdə toplaşırlar, ya da xanımlar mətbəxdə bir araya gəlirlər, kiminsə korporativ tədbirdə özünü necə apardığını müzakirə edirlər. Sonra da dağılışırlar və hərə öz işi ilə məşğul olur. Şayiələrdən heç yana qaçmaq olmur. Bütün ağızları qapamaq mümkün deyil. Həmişə nəsə söz deyən tapılar. Day.Az-ın məlumatına görə, əgər əvvəl şayiələrin yalnız qadınların işi olduğu deyilirdisə, indi həmin mif tamamilə dağılıb. Hər iki cinsin nümayəndələri şayiələr yayırlar. Ancaq bu işi hər kəs fərqli məqsədlər üçün edir. Deməli, hər tərəfdən "təhlükə" gözlənilir. Şayiələr bu qədərmi təhlükəlidir? Kim şayiənin qurbanı olubsa, asanlıqla "hə" cavabını verə bilər. Əgər şayiələr insanın şəxsi həyatına və karyerasına mənfi təsir edirsə, onda təhlükəli olur. Bu günlərdə şayiələr məhz o məqsədlə yayılır. Təəssüflər olsun ki, hər rəhbər də şayiələrə biganə yanaşmır.
Əmək kollektivində şayiələrlə necə mübarizə aparmaq olar?
Mənbə: Milli.Az