Qadin.NET / Bayramda yolda qala bilərsiniz

Bayramda yolda qala bilərsiniz

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xəbərdarlıq edir ki, inzibati xətaya görə cəriməsini vaxtında ödəməyən sürücülər və avtomobil sahibləri qarşıdan gələn bayram günlərində yollarda ciddi problemlərlə rastlaşa bilərlər. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.Şöbə rəisinin sözlərinə görə, cəriməsinin ödənməsindən 2 aydan çox vaxt keçmiş sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılaraq avtomobilləri müvəqqəti duracağa aparılacaq: "Qeyd etmək istəyirik ki, yol verilmiş inzibati xətaya görə cəriməsini 2 aydan çox ödəməyən kifayət qədər sürücü və avtomobil sahibi var. Onlar da bilməlidir ki, bu bayram günlərində ailələri ilə yola çıxarkən cəriməsini vaxtında ödəməməsi səbəbindən avtomobili saxlanılıb duracağa aparıla bilər. Ona görə də xahiş edirik ki, bu məsələdə bir daha diqqətli olsunlar. Ola bilər ki, kimsə cərimə olunduğunu unudub və ya cəriməsinin olduğunu xatırlamır. Əgər xatırlamırlarsa, o zaman DİN-in və ya BDYPİ-nin internet səhifəsində sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə bunu dəqiqləşdirə və ya ödənilməmiş cərimələri barədə məlumat əldə edə bilərlər".

Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti də 31 dekabr 2013-cü il tarixdən 2014-cü il yanvar ayının 7-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Mənbə: Milli.Az

 

28 dekabr 2013
GO BACK