Bakı şəhərinin mərkəzində yerləşən orta məktəb yolu keçilməz edir. Milli.Az-ın məlumatına görə, Səbail rayonu ərazisində yerləşən 132 və 134 saylı orta məktəbin qarşısında günorta saatlarında maşın əlindən hərəkət dayanır. Günorta dərs bitən zaman uşaqlarını məktəbdən aparmağa gələn valideynlərin maşını Şeyx Şamil küçəsinin hər iki tərəfində saxlaması hərəkəti iflic edir. Avtomobillər həmin yolda dayınıb-durmanı qadağan edən yol nişanın olmasına məhəl qoymayaraq, hətta ikinci sırada da avtomobillərini saxlamaqdan çəkinmirlər. Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsindən Milli.Az-a bildirildi ki, bu problemin kökündən həll edilməsi üçün yol polisləri və sürücülər təsirli tədbirlər görməlidir. Yol polisi dayanıb-durmanı qadağan edən yol nişanlarının təsir zonasında avtomobil saxlayan sürücülərə qarşı mübarizə aparır. Ancaq sürücülər də anlamalıdır ki, qadağan olunmuş yerdə maşın saxlamaq olmaz. Yaxınlıqda yerüstü avtoparkinqlər var və valideynlər maşınlarını orada saxlayaraq uşaqlarını məktəbdən götürə bilərlər.
Mənbə: Milli.Az