Bakı şəhərində avtobus özbaşınalığı bitmir. Belə bir özbaşınalıq metronun “Neftçilər” stansiyasının yaxınlığında daha da acınacaqlı hal alıb. Metronun yaxınlığındakı körpü hər gün sərnişin avtobuslarının əlindən keçilməz olur. Dayanacağa girməyən avtobuslar körpünün altında saxlayır. Nəticədə isə arxadan gələn maşınlar üçün tıxac yaranır. "Bakısərnişinnəqliyyat" Departamentindən Milli.Az-a bildirdildi ki, həmin ərazidə yol polisi ilə birgə tez-tez reydlər keçirilir. Bu məsələdə avtobus sürücüləri ilə yanaşı, həmin ərazidəki dayanacağı zəbt edən taksi sürücüləri məsuliyyət daşıyır. Taksilər dayanacağı zəbt etdiyindən avtobuslar dayanacağa daxil ola bilmir. Departament dayanacağı zəbt edən taksi sürücülərinin onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlamasını tövsiyyə edir.
Mənbə: Milli.Az