Sabahdan etibarən Bakıda satış yarmarkaları fəaliyyətə başlayacaq. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 28-dən etibarən Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq. Yarmarkalar 28-31 dekabr tarixlərində fəaliyyət göstərəcək.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil ediləcək:
Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
Xətai rayonu
- Bakı kinoteatrının yanı;
- Bakı kinoteatrının yanı;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;
- "Təzə bazar"ın ərazisi;
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.
Mənbə: Milli.Az