Qadin.NET / Prezident İlham Əliyev daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması üzrə Dövlət Proqramını təsdiq edib

Prezident İlham Əliyev daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması üzrə Dövlət Proqramını təsdiq edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:"Milli mədəni irsin qorunmasını təmin etmək, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Mənbə: Milli.Az
27 dekabr 2013
GO BACK