Qadin.NET / Bu çanta ev qiymətindədir

Bu çanta ev qiymətindədir

 

ABŞ-da bir qadın çantası 125 min dollara satılıb.Milli.Az AHT-yə istinadən bildirir ki, "Hermes" brendinin istehsalı olan, 32 sm ölçüdə olan "Kelly" çantası qırmızı boyanmış Avstraliya timsahı və qara rəngli Toqo dərisindən dikilib.Dallasdakı hərracda satılmış "Hermes Kelly" dünyanın ən bahalı çantası olub.İndiyədək ən bahalı çanta "Hermes"in "Birkin" tipli, 30 sm ölçüdə olan məshulu idi. Həmin çanta 62625 dollara satılmışdı.

 

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK