Modern.az saytı bildirir ki, “Artsax-Rus” şirkətinin brendi kimi təqdim olunan bu spirtli içkilər rəsmi lisenziya ilə satışa çıxarılır. “Artsax-Rus” şirkəti isə Ermənistanda qeydiyyatdan keçmiş “Artsax Brendi Kompani” MMC-nin törəmə şirkətidir. Şirkətin bununla bağlı açıqlamasında deyilir ki, “kompaniya “Artsax” markasının Rusiya bazarlarında yayılması üçün təsis edilib. Əsas zavodları işğal altında olan Dağlıq Qarabağda yerləşən şirkət bu brend altında “Artsax qaymaqlı”, “Atsax şaftalı”, “Artsax tutovka” və digər brendləri istehsal edir. “Artsax-Rus” şirkəti 2004-cü ildə yaradılıb. Moskva hökümətinin Moskva şəhər xidmətlər və ticarət departamenti quruma bu adda məhsulun satılması üçün rəsmi lisenziya verib. 2013-cü il iyulunda verilən lisenziyanın vaxtı 2018-ci ilə qədərdir. Şirkət Moskvada qeydiyyatdan keçib. “Artsax Brendi Kompani”nin kommersiya direktoru Tiqran Arutunyan KİV-ə açıqlamasında bildirib ki, şirkətin məhsullarının 80 faizi Rusiyaya və Qərbi Avropaya idxal olunur və məhsula tələbat ildən-ilə artır. Şirkətin zavodu isə Əskəran rayonunda yerləşir. Maraqlıdır ki, “Artsax” brendi 2006-ci ildə Moskvada keçirilmiş “içki sənayesi” beynəlxalq Forumunda Rusiya Kənd Təssərüfatı Nazirliyinin qızıl medalı ilə təltif olunub. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın belə adla təqdimatını düşmən ölkənin növbəti hiyləsi saymaq olar. Burada məqsəd aydındır: erməni yalanlarını bacardıqca hər yerdə - havada, suda, hətta spirtdə də təbliğinə nail olmaq. Bu addım da növbəti erməni xislətinin nümayişidir.
Mənbə: Milli.Az