Azərbaycan yığmasının və “Hannover 96”-nın müdafiəçisi Əli Gökdemirazersiport.az saytına müsahibəsində komandasının əsas heyətində çıxış perspektivlərindən, millinin baş məşqçisi Berti Foqtsdan, həmçinin, milli komandanın zəif və güclü tərəflərindən danışıb.
- Almaniya çempionatında fasilədir. Nə ilə məşğulsunuz?
- İstirahət edirəm. Valideynlərimə baş çəkdim. Yeni ili gözləyirik (gülümsəyir).
- Bu il Bundesliqada oynaya bilməməyinizə təəssüflənmirsiniz?
- Əlbəttə, mən gözləyirdim ki, mənə şans versinlər. Ancaq hələlik bu şansı mənə verməyiblər. Mirko Slomka mənə ikinci komandada oynamağı məsləhət görür. Mən də bunda maraqlıyam. Axı oynamasam, Azərbaycan yığmasına da dəvət almaram.
- Bəs sizi birinci komandada nə vaxt görəcəyik?
- Ümid edirəm ki, yeni ildə. Qarşıdakı toplanış mənim üçün vacibdir. Özümü orada göstərmək istəyirəm. Hələlik gələn il bizə
kimin rəhbərlik edəcəyi məlum deyil. Məsələ bundadır ki, Mirko Slomka komandadan gedə bilər.
- Sizi hansı variant razı salır?
- Sizi hansı variant razı salır?
- Mənim üçün xüsusi fərqi yoxdur. Mənə istənilən halda özümü sübut etmək gərəkdir.
- Nə vaxta hazırlaşırsınız?
- Yanvarın 5-nə. Dörd gündən sonra Türkiyə toplanışına yollanacağıq. Orada yanvarın 19-a qədər qalacağıq. Belekdə məskunlaşacağıq.
- Bilirsinizmi ki, əksər Azərbaycan klubları orada olacaq?
- Bəli, bu barədə eşitmişəm. Sevinirəm ki, bir daha yığma oyundaşlarımı görəcəyəm.
- Təsadüfən “Hannover”in Azərbaycan klubları ilə görüşü nəzərdə tutulmayıb?
- Hələ toplanışda kimə qarşı oynayacağımızı bilmirəm. Ancaq yerli komandaya qarşı oynamaq istərdim.
- Yeri gəlmişkən, Berti Foqtsla müqavilə müddətinin uzadılmasına münasibətiniz?
- Şad oldum. Axı biz onunla daha yaxşı oynamağa başladıq.
- Siz də son təsnifatdakı 9 xalı uğur hesab edirsiniz?
- Hesab edirəm ki, biz çox xal yığmalı idik. Lüksemburq yığmasına qarşı iki oyunda xallar itirdik. İsrail və Şimali İrlandiyaya yığmalarına qarşı oyunlarda da xallar itirdik. Baxın, FIFA reytinqində hara yüksəlmişik.
- 94-cü yer bizim üçün son həddir?
- Əlbəttə, yox. İl ərzində 24 pillə yüksəlmişik. İnanıram ki, növbəti il daha da çox yüksələcəyik.
- Ancaq yığmadan FIFA reytinqində irəliləyiş yox, AÇ-2016-da uğur gözləyirlər.
- İştirakçıların sayının 24-ə çatdırılması xeyrimizədir. Püşkün necə olacağından asılı olmayaraq, Azərbaycan Avro-2016-ya gedə biləcək gücdədir. Yaxşı, gənc komandamız var. Hücum il ərzində artırıb. Rauf Əliyev, Rüfət Dadaşova baxın. Güclü müdafiəmiz var. Son təsnifatda bir dəfə də olsun böyükhesablı məğlubiyyət olmadı. Ancaq əvvəllər necə olduğunu hamınız görürdünüz. Orta xətt də artırsa, qarşıdakı məqsədə çata bilərik. Ümid edirəm ki, növbəti təsnifatda komandaya daha çox gərək olacağam.
Mənbə: Milli.Az