Qadin.NET / Türkiyənin keçmiş mədəniyyət və turizm naziri AKP-dən istefa verdi

Türkiyənin keçmiş mədəniyyət və turizm naziri AKP-dən istefa verdi

 

APA-nın xəbərinə görə, dekabrın 26-da AKP rəhbərliyi Ə.Günayı partiyanın siyasətinə zidd mövqe tutmaqda ittiham edərək onun partiyadan xaric olunması üçün Nizam-İntizam Komissiyasına müraciət edib. Ə.Günayla bərabər daha iki millət vəkilinin – Ərdal Kalkan və Haluk Özdalqanın da partiyadan xaric edilməsi tələb olunub. Ə.Kalkan və H.Özdalqa partiyanın qərarını gözləmədən AKP-dən istefa veriblər. Bu gün isə Ə.Günay mətbuat konfransı keçirərək AKP-dən istefa verdiyini bəyan edib. Sabiq nazir korrupsiyaya qarşı çıxdığı üçün partiya rəhbərliyinin qəzəbinə tuş gəldiyini və bundan sonra təmiz siyasət uğrunda mübarizə aparacağını bildirib. Qeyd edək ki, hər üç millət vəkili AKP üzvü olmazdan əvvəl Türkiyədə solçu kimi tanınıb. 

Mənbə: Milli.Az

 

27 dekabr 2013
GO BACK