"Tottenhem" klubunun sabiq baş məşqçisi Andre Villaş Boaş keçmiş futbolçusu, hazırda Madrid "Real"ının şərəfini qoruyan Qaret Beyl haqda danışıb. Qol.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis uelsli futbolçunun komanda yoldaşı Kriştianu Ronaldunun olmadığı görüşlərdə daha yaxşı çıxış etdiyini bildirib: "Beyl Ronaldu olmadıqda daha yaxşı oynayar. Çünki Ronaldu olmadıqda Beyl məsuliyyəti üzərinə götürür və oyunu yaxşı alınır. Mən "Tottenhem"də işləyərkən Beyli komandanın beyni olaraq görürdüm. O da özünü çox rahat və sərbəst hiss edirdi. Eyni zamanda Beyl üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi".
Mənbə: Milli.Az