Qadin.NET / Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi

Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi

 

Milli Məclisin dekabrın 27-də keçirilən iclasında "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" Qanun layihəsi müzakirə olunub. Trend-in məlumatına görə, parlamentin İqtisadi siyasət komitəsinin sədriZiyad Səmədzadə bildirib ki, qanun banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2014-cü il yanvarın 1-dən etibarən 1 il müddətinə gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Z.Səmədzadə bildirib ki, bu qanun 60 milyon manat vəsaitin əhalidə qalmasına imkan verəcək: "Azərbaycanda əhalinin banklarda 6 milyard manatdan çox əmanəti var. Bundan il ərzində 600 milyon manat gəlir götürülür. Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizilərin gəlir vergisindən azad edilməsi ilə 50-60 milyon manat vəsait əhalidə qalacaq". Qanun layihəsi qəbul edilib.

 

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK