Qadin.NET / Qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılır

Qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılır

 

Azərbaycanda qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılır. Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilir.Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə bu məsələ daxil edilib.Qanun layihəsində 292-ci maddənin Qanunsuz olaraq tutma, həbsə alma kimi adlandırılması, bilə-bilə qanunsuz həbsə almaya görə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.Qeyd edək ki, hazırda həmin cinayətə görə 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.Məcəlləyə bilə-bilə qanunsuz həbs yerində saxlama adlı 292.2-1 maddəsi əlavə edilməsi nəzərdə tutulur.Həmin cinayətə görə dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təklif edilib.

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK