Qadin.NET / "İrşad Telekom"un kampaniyası qanunsuz sayıldı

"İrşad Telekom"un kampaniyası qanunsuz sayıldı

 

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) keçirdiyi nəzarət tədbirləri nəticəsində "İrşad-İ.R." MMC tərəfindən "Möhtəşəm kredit kampaniyasının iştirakçısı ol - Kubaya səyahət qazan" adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib. Bununla əlaqədar, keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Komitənin məlumatında deyilir.QKDK "İrşad Telekom" ticarət şəbəkəsində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK