Qadin.NET / Britaniya sakini işə şəxsi tankı ilə gedir

Britaniya sakini işə şəxsi tankı ilə gedir

 

Bəzi uşaqlıq arzuları ilə ehtiyatlı olmaq lazımdır. Sadə britanilyalı mexanik öz həyətində köhnə hərbi texnikalardan əsl tank kolleksiyası hazırladıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Endryu Beyker adlı bu şəxs artıq 20 ildir ki, korlanmış hərbi maşınları bərpa edir. İndi onun həyətində o qədər zirehli texnika var ki, heç artileriya muzeyində də beləsi yoxdur. Endryu hər gün işə tankla gedir. Ancaq bəxtindən əyalətdə yaşayır. Yaşadığı evdən çalışdığı emalatxanaya qədər olan məsafə cəmi iki kilometrdir. "Nəyə görə tank yığmaq qərarına gəldin?" sualına isə Beyker belə cavab verir: "Axı bu, daha orijinaldır, həm də çox zövqlüdür. Tanklar hərəkətdə olan tarixdir. Kimlərsə klassik maşınları toplayır. Məndə isə klassik İngilis tanklarıdır". Mexanikin kolleksiyasında 80 ədəd tank və zirehli stansportyor var. 

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK