Qadin.NET / Ölkənin ən balaca çobanı odur

Ölkənin ən balaca çobanı odur

 

İngiltərənin Dorset qraflığındakı Sikspenni Həndli bölgəsində ölkənin ən balaca çobanı yaşayır. Onun cəmi 2 yaşı olsa da, hər gün 80 qoyun və quzu otarır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2 yaşlı Artur Consun adı "Britaniyanın ən balaca çobanı" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.Nənəsinin fermasında yaşayan balaca Artur kiçik, akkumulyatorlu "kvadrotsikl"inə hər səhər oturur, qoyunları otarmağa aparır.Dorset Horn fermasında çobanlıq edən Arturun dediyinə görə, qoyunları çox sevir.Arturun nənəsi Niki Consun dediyinə görə, nəvəsi 6 aylıq olanda qoyunlara meyl salıb.İngiltərədə çobanlar arasında keçirilmiş müsabiqələrdən indiyədək 3-də qalib gəlmiş Artur barədə artıq sənədli film də çəkilir."Artur yeriməyə başlayandan sonra mənimlə çəmənliyə çıxdı və qoyunları bir yerə yığmağa kömək etdi. O, serebral iflic ilə doğulmuşdu və qoyun otarmaq da ona yardım etdi. Daha doğrusu, inanılmaz olsa da, çobanlıq balamı iflicdən qurtardı. Artur indi normal hərəkət edir, gəzir, qaçır, əylənir. Nəvəm usta çobandır", - 55 yaşlı Niki gülərək deyib.
Ölkənin ən balaca çobanı odur

Ölkənin ən balaca çobanı odur

Mənbə: Milli.Az
27 dekabr 2013
GO BACK