Aclıqdan ayaq üstə güclə duran dəvə, saxlandığı volyerin dəmir barmaqlıqları arasından qəzəblə baxan pələng, daim yemək axtaran meymunlar, asudə dolaşan siçovullar, bir qəfəsdə 150 qutanlar.Ötən il burada bir zürafə ölmüşdü və onun leşi yarılanda mədəsindən 20 kq polietilen paket çıxmışdı.Ötən ay isə Sumatra pələngi zəhərlənərək ölüb, çünki ona tərkibində formaldehidlər olan ət verilmişdi.Bura İndoneziyanın Şərqi Yava adasındakı Surabaya şəhərində yerləşən zooparkdır.
Dünyanın ən pis, heyvanlarla ən qəddar rəftar olunduğu zooparkıdır bəlkə də.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, son üç ayda burada 50 heyvan ölüb.Zorparkın mətbuat katibi Aqus Supanqkat hər şeyin yaxşı olduğunu, heyvanların saxlanma şəraitinin ötən ildən bəri xeyli yaxşılaşdığını bildirir. Lakin təqribən 3 min heyvan və quşun saxlandığı bu məkanda heyvanlar və quşlar acından, qəddar rəftardan ölürlər.İndi volyerdə saxlanan fil təki.Onun arxa və ön ayaqları zəncirlə elə bağlanıb ki, zavallı heyvan addım ata bilmir.Yerlilər bu məkanı "Ölüm zooparkı" adlandırırlar.
Mənbə: Milli.Az