Qadin.NET / Əlilləri sevindirəcək xəbər

Əlilləri sevindirəcək xəbər

 

Ölkə prezidentinin imzaladığı sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan 5 milyon manat hesabına avtomobil növbəsində olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş 653 nəfərin avtomobillə təminatı həyata keçiriləcək. Dövlət Sosial Təminat xidmətinin rəisi Çingiz Əliyevin sözlərinə görə, bu, hazırda növbədə duran bu kateqoriya əlillərin hamısının avtomobil alması deməkdir. Prezidentin ayırdığı 5 milyon manatdan əlavə, gələn ilin dövlət büdcəsində əlillərin avtomobillə təminatı üçün 3 milyon manat nəzərdə tutulub. Anspress yazır ki, bunun hesabına da maşın növbəsində olan digər əlillər, o cümlədən Əfqanıstan müharibəsi, Çernobıl qəzası zamanı əlil olan insanlara da avtomobil veriləcək. Artıq bu şəxslərə əvvəlki illərdə oluduğu kimi OKA deyil, NAZ Lifan maşınları təqdim olunur. Bir yenilik isə bu maşınların qiyməti ilə bağlı olacaq.Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev: “Qiyməti 8700 manatdır. Amma növbəti ildə qiymətin aşağı salınması üçün danışıqlar aparılır”.NAZ Lifan avtomobillərinin hissələri Çində istehsal olunur, amma Naxçıvandakı zavodda yığılır. Avtomobil verilməsində şəffaflığı təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saytında növbələrin siyahısını dərc edib. Hər bir kəs özünün hansı sırada olduğunu, növbəsinin nə zaman çatacağını öyrənə bilər.

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK