"Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefası gözlənilən idi". Bu sözləri Milli.Az-a açıqlamasında Azrbaycan Doğru Yol Partiyasının sədriKəramət Salayev deyib. Onun sözlərinə görə, hələ Milli Şura elan olunan zamandan qurumda proseslər heç də rəvan getmirdi. "Nəzərə alsaq ki, bu qurumun elan olunması və fəaliyyəti proseduru ağrılı və mürəkkəb keçib o zaman nəticənin nədən ibarət olacağını müəyyən etmək heç də çətin olmazdı. Seçkidən sonra qurumun fəaliyyət istiqaməti müzakirəyə çıxarıldı və bununla da qurumda daxili siyasi intriqa ictimailəşdi", - o əlavə edib. Partiya sədri hesab edir ki, siyasi proseslərə qoşulan ziyalılar da kiçik, perspektivsiz siyasi intriqalardan uzaq olmaq üçün Milli Şuranı tərk edəcəklər."Rüstəm İbrahimbəyovun, o cümlədən Eldəniz Quliyevin atdıqları addım da bu qəbildən idi", - o vurğulayıb. Ötən gün Rüstəm İbrahimbəyov bəyanat verərək Milli Şuranın fəxri sədrliyindən istefa verib. Bəyanatda qeyd olunub ki, Müsavat Partiyası son görüşləri zamanı R.İbrahimbəyovun fəxri sədrlik məsələsini müzakirə edib.Müsavat Partiyası isə bu itthamları rədd edir. Partiyanın sədr müavini Gülağa Aslanlı mətbuata açıqlamasında deyib ki, bu yanlış fikirdir və partiyanın iclaslarında R.İbrahimbəyovun fəxri sədrlikdə qalması məsələsi müzakirə olunmayıb. Gülağa Aslanlı, həmçinin bildirib ki, R.İbrahimbəyovun fəxri sədrlikdən istefa verməsi təqdirə layiq haldır.
Mənbə: Milli.Az