Artıq ikinci həftədir ki, bütün dünyanın gözü rüşvət əməliyyatı ilə bağlı Türkiyədədədir. Əməliyyatın nəticəsi olaraq gözlənildiyi kimi hökümətdə ciddi dəyişikliklər aparılıb. Anspress bildirir ki, artıq 10 nazir dəyişdirilib.Türkiyədə baş verən hadisələri politoloq Qabil Hüseynli ilə müzakirə etdik:“Türkiyədə o qədər ictimai siyasi böhran yaşanır ki, onun belə kabinet reviziyalarını səngitmək mümkün olmayacaq. Çünki yeni-yeni faktlar açılır və tədqiqat istintaq prosesləri dahada dərinləşir. Bax bu səbəbdən ola bilsin ki, müvəqqəti münasibətləri, əhalinin əhval-ruhiyyəsini yumşaltsın. Amma bütövlükdə hadisələrin törətdiyi dərin ictimai-siyasi böhranı aradan qaldırmaq iqtidarında deyil. Hətta deyərdim ki, bu, Taksimdəki böhrandan çox-çox ciddidir. Taksimdəki olanlar, sadəcə olaraq, hökumətə qarşı etirazın ilk forması idi. Amma bu dəfəki hadisələr təkcə rüşvət olayları ilə bağlı deyil. Rüşvət olayları məsələnin bir tərəfidir. Amma əsas hədəf hökumətdir, hökumətin başçısı Təyyub Ərdoğandır. Mən güman edirəm ki, istefa edən nazir Çağlayan heç də nahaq yerə demir ki mən gedirəmsə, Təyyub Ərdoğan da gedəcək. Və mən belə hesab edirəm ki, Ərdoğan böyük bir oyun içərisinə girdi. Prezident olmaq iddiasına düşdü. Bundan başqa bir sıra ölkədə dəyərlərə toxunan hərəkətlər etdi. Bütün bunlar yavaş-yavaş xalqın qəzəbini topladı və son nəticədə inqilabı situasiyalara bənzər bir situasiya yaratdı. Ərdoğan öz əkdiklərini biçməkdədir”.
Mənbə: Milli.Az