Birincilikdə Bakının "Neftçi", Ağdamın "Qarabağ", Gəncənin "Kəpəz" vəSumqayıtın eyniadlı komandasının qocaman futbolçularından təşkilolunan kollektivlər mübarizə aparıb.Bu ildən düzənlənən yarış 5 mərhələdən ibarət olub. Naxçıvandan öncə Futbol Veteranları İttifaqı Bakı, Masallı, Oğuz və Qəbələdə analojiturnirləri keçirib.Sonuncu mərhələnin oyunlarının Muxtar Respublikada keçirilməsi isəöncədən planlaşdırılıb. Əsasnaməyə uyğun olaraq əvvəlki mərhələlərdə daha çox xal yığan komandalar Naxçıvanda oynamaq hüququ qazanıblar.Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev: "Veteranlar heçvaxt qocalmırlar. Onlar oynayıb öz oyunları ilə sübut edirlər ki,futbol qanlarında qalıb. Nə bacarırlar onu da göstərirlər".Turnirin açılış oyununda "Kəpəz" "Neftçi" ilə üz-üzə gəlib. ArzuMirzəyevin meydana çıxardığı Gəncə təmsilçisinin heyətində meydanaFiruz Qulami, Rövşən Əhmədov, Ceyhun Tanrıverdiyev, Həsən Abdullayev, Vasif Vəliyev və Emin Mustafayev forma geyinib. Adı çəkilənlər qarşı tərəfdə Oqtay Abdullayev, Vəli Qasımov, Hüseyn Məhəmmədov, Musa Qurbanov digər tanınmış futbolçuların yer aldığı əzəli və əbədi rəqiblərə qarşı oynayıblar. Yarımfinala təsadüf edən tarixi derbi bakılıların qələbəsi ilə yekunlaşıb - 5:2. Həlledici oyuna çıxa bilməyən Nizami yurdunun komandası "Sumqayıt"a uduzan "Qarabağ"la 3-cü yer uğrunda görüşdə qarşılaşıb. Bu dəfə bütün gücünü toplamağı bacaran gəncəlilər 5:4 hesablı qalibiyyətlə bürünc mükafata yiyələniblər."Kəpəz"in veteran futbolçusu Firuz Qulami: "Veteran futbolçuların
bir-birləri ilə görüşməyi, təmasda olmağı müsbət haldır. Həm də bölgələrdə cavan futbolçuların qocaman futbolçulardan baxıb nəsə öyrənməsi də yaxşıdır".Finalda isə Gənclik şəhərinin kollektivi "ağ-qaralar"dan üstün olub -
5:2. Turnirin oyunlarından sonra 4 komandadan formalaşdırılanAzərbaycan yığması "Araz"lı həmkarları ilə görüşüb. Güzəştsizmübarizəyə səhnə olan matçda ev sahibləri qonaqlara 5:7 hesabı ilə uduzub.Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində ilk 3-lüyə düşən komandalara tutduqları yerə uyğun olaraq kubok və medallar verilib.
Bu ildən qocaman futbolçuları bir yerə yığan Futbol Veteranlarıİttifaqı turnirə marağı nəzərə alaraq gələn ildən müntəzəm çempionatkeçirməyi məqsədəuyğun hesab edib.
Mənbə: Milli.Az