Qadin.NET / Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib

Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə bədii gimnastika üzrə filialın açıq birinciliyi keçirilib. Yarış Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilib.İdmançıların çıxışlarından öncə birinciliyin açılış mərasimi olub.Rəsmi hissədə yarış təşkilatçıları bu idman növündən olan yarışın ilk dəfə düzənlənməsinə baxmayaraq bundan sonra belə turnirlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.Ardınca zəriflər öz bacarığını nümayiş etdirmək üçün xalça üzərinə buyurub. Turnirdə Gəncə idmançıları ilə yanaşı, Bakının Baku Flames və Respublika Kompleks İdman Məktəbi, eləcə də Sumqayıt idmançıları mübarizə aparıblar. 41 gimnastın qatıldığı yarış 3 yaş qrupu üzrə 2003-2004, 2005-2006 və 2007-2009-cu il təvəllüdlü uşaqlar arasında düzənlənib. Nisbətən azyaşlı idmançılar alətsiz hərəkətlərdə qüvvəsini sınayıb. Yuxarı təvəllüdlü gimnastların yarışında isə zəriflər həm top, həm də alətsiz hərəkətlərdə nəyə qadir olduqlarını ortaya qoyublar.Beləliklə, gərgin keçən mübarizələrdən sonra 2003-2004-cü illərdə Selcan MəhərrəmovaAytən HüseynovaSəbinə Cəlilova və Lalə Quliyevaqalib adını qazanıblar.Xatirə turnirinin sonunda fəxri kürsünün ilk 3 pilləsində qərarlaşan idmançılara Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı tərəfindən diplom, medal və Yeni il hədiyyəsi təqdim olunub.Qeyd edək ki, paytaxt komandaları daha inamlı çıxış edərək ümumi medal sayına görə 1-ci yerə çıxıblar. Gəncə 2-ci, Sumqayıt gimnastları isə 3-cü olub.

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK