Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncəli gənclər tərəfindən şəhərin baş meydanında Gəncənin “Avropa Gənclər Paytaxtı - 2016” seçilməsi ilə əlaqədar flaşmob keçirilib. 3 min insanın qatıldığı flaşmobda gənclər 2016 rəqəmini nümayiş etdiriblər. Tədbirdə gənclərin əyləncəsini təşkil etmək üçün pop musiqi qruplarının ifaları səsləndirilib.
Mənbə: Milli.Az