Qadin.NET / "Məni tək qoymayın"

"Məni tək qoymayın"

 

Bakı şəhərində hər iki gözü tutulmuş gənc kömək istəyir. İki il əvvəl işıqlı dünyaya həsrət qalmış 36 yaşlı Camal Camalov əlillər evinə yerləşdirilməsi üçün yol axtarır. Onun yaxınları Milli.Az-a bildirib ki, C.Camalov I qrup əlildir və əməliyyata ehtiyacı var:“Heç kimi yoxdur, yetimdi. Əlillər evinə yerləşdirilməsi lazımdı. Xahiş edirik bu məsələnin həllində Camala köməklik edəsiniz. Camal istəyir ki, onu tək qoymasınlar”.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a bildirildi ki, C.Camalovun problemi həll ediləcək. Bunun üçün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adına məktub yazılmalıdır. Onun şikayətinə baxılaraq müsbət həllini tapacaq. 
Mənbə: Milli.Az
27 dekabr 2013
GO BACK