Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Temperatur gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° olacaq.Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.Temperaturun gecə 13-18° şaxta, bəzi yerlərdə 20°-dək şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperatur gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur.Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında az yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, səhər dağlarda duman olacağı gözlənilir.Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
Tibbi-meteoroloji proqnoz Dekabrın 29-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.
Mənbə: Milli.Az