LG şirkəti 2014-cü il yanvarın əvvəlində Las-Veqasda keçiriləcək CES beynəlxalq istehlak elektronikası sərgisində daxili messencerlərə malik məişət texnikasını təqdim edəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, Koreya şirkətinin yeni həllərinə HomeChat xidməti və Line mobil messenceri quraşdırılıb. İstifadəçilər bu tətbiqlər vasitəsilə mobil qurğu və kompüterlər vasitəsilə məişət texnikasını məsafədən idarə edə biləcəklər. Məsələn, tozsoranın son təmizləmə vaxtını bilmək mümkün olacaq, soyuducuya ev sahibinin məzuniyyətə getməsi ilə bağlı mesaj gəldikdə o, enerjiyə qənaət edən rejimə keçəcək.
Mənbə: Milli.Az