Qadin.NET / "Müsəlman qardaşlar"ı tutmağa başladılar

"Müsəlman qardaşlar"ı tutmağa başladılar

 

Misir Baş Prokurorluğu "Müsəlman qardaşları" hərəkatının 7 üzvünün saxlanılması barədə ölkənin Daxili İşlər Nazirliyinə tapşırıq verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar terror təşkilatına üzv olmaqda təqsirləndirilirlər. Qeyd edək ki, dünən Misir hökuməti "Müsəlman qardaşları"nın rəsmən terror təşkilatı elan edilməsi ilə bağlı fərman verib. Fərmana görə, "Müsəlman qardaşları"nın ölkə daxilində və xaricdə istənilən fəaliyyəti qanunsuz hesab edilir. Həmin yeddi nəfər məlum fərmandan sonra hərəkatın saxlanılan ilk üzvləridir.
Mənbə: Milli.Az 

 

27 dekabr 2013
GO BACK