Qadin.NET / Xaricdə təhsil almaq adı ilə tələyə düşməyin

Xaricdə təhsil almaq adı ilə tələyə düşməyin

 

Əgər artıq xaricə getmisinizsə və ya getmək barədə qərar vermisinizsə, o zaman orada olarkən bunlara diqqət edin: “Pasportunuzu başqa şəxsə verməyin. Lazım gəldikdə sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdim edin. Xarici ölkədə sənədləriniz itsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluguna müraciət edin. Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın". Elə gün olmur ki, xaricdə təhsillə bağlı telekanallarımızda reklamlara rast gəlməyək. Şərtlər o qədər sadə təqdim edilir ki, istər-istəməz insanların diqqətini çəkir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Məleykə Abbaszadə hələ bir müddət öncə bildirmişdi ki, attestatla xarici ölkələrin ali məktəblərinə qəbul olmağa ən çox aşağı bal toplayanlar maraq göstərirlər. Lakin bu, hər dəfə uğurla alınır demək də doğru deyil. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bildirir ki, xarici ölkələrdə təhsil almaq qərarı verməmişdən öncə bu barədə araşdırma aparmaq vacibdir. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin məlumatında deyilir: “Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Xaricdə təhsil almağa gedirsinizsə, viza - tələbə vizası olmalıdır”.

 

İdarə bildirir ki, xaricdə təhsil almaq üçün vətəndaşa müqavilə təqdim edilərsə, mütləq onun başa düşdüyü dildə, yəni ana dilində olmalıdır: “Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə, mütləq ora rəsmi müraciət edərək, Sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, Sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”.
Forma 4 anketi barədə nə bilirsiniz?
Yeri gəlmişkən, son illər əcnəbilərlə ailə quran soydaşlarımızın da sayı xeyli artıb. Hətta bir çoxları internet vasitəsilə tanış olduğu insanla ailə qurmağa belə razılıq verir.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi xarici ölkədə ailə qurmağa razılıq vermiş şəxslərə də xəbərdarlıq edir. Qurum bu cür evlilik qərarı vermiş insanlara bəzi tövsiyələri verir: “İnternet vasitəsilə ailə qurmaq təklifi bəzən Sizi köləyə çevirə bilər. Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin”.
Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə nikah firmalarına müraciət etməli olsanız, öncə həmin firmanın lisenziyasının olub-olmamasına diqqət yetirin.
 İdarə ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış olmağı məsləhət görür: “Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə, onun vətəndaşı olduğu ölkənin nümayəndəliyinə müraciət edərək, rəsmi məlumat alın. Unutmayın ki, hər bir xarici ölkə vətəndaşı nikaha girərkən, onun haqqında bütün məlumatları əks etdirən Forma 4 anketini təqdim etməlidir”.
“Pasportunuzu başqa şəxsə verməyin”
Əgər artıq xaricə getmisinizsə və ya getmək barədə qərar vermisinizsə, o zaman orada olarkən bunlara diqqət edin: “Pasportunuzu başqa şəxsə verməyin. Lazım gəldikdə sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdim edin. Xarici ölkədə sənədləriniz itsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluğuna müraciət edin. Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın. Həyatınızdakı hər-hansı dəyişiklik barədə dərhal onlara məlumat verin. Unutmayın, xarici ölkələrdə Azərbaycan vətəndaşlarının iş tapmasına yalnız bu fəaliyyətə lisenziyası olan firmalar yardım edə bilərlər. Əgər sizə xaricdə işə düzəltmə, təhsil artırma və ya ailə qurmaq təklif edilərsə, bu, mütləq rəsmi müqavilə əsasında yerinə yetirilməlidir.
Müqavilənin qanuni olub-olmamasını müəyyən etmək üçün həmin xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Respublikasının ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya idarəsinə müraciət edin Tel: +994 12 497-70-37, 432-69-40, 432-19-14, 413-55-83”.
Mənbə: Milli.Az
26 dekabr 2013
GO BACK