Qadin.NET / Tibbdə inqilab: insana tamamilə süni ürək qoydular

Tibbdə inqilab: insana tamamilə süni ürək qoydular

 

Hər il 100 min nəfər insan ürək köçürülməsi əməliyyatına ehtiyac duyur. Bununla belə il ərzində cəmi 4 min donor transplantoloqların əlində olur. Ötən əsrin 80-ci illərindən etibarən bir çox ölkələrdə süni ürəyin hazırlanması məqsədi ilə işlər aparılır. Artıq 2015-ci ildən etibarən Avropa Birliyinin bütün ölkələrində süni ürək implantasiyası əlçatan olacaq. Bir neçə il əvvəl fransalı biomühəndislər və kardiocərrahlar bu sahədə sıçrayışa nail olmuşdular. CARMAT şirkətinin bir qrup mütəxəssisi professorAlen Karmantyenin rəhbərliyi ilə tamamilə süni ürək hazılamışdılar. Bu ürəyin hazırlanması üçün 20 il vaxt sərf olunmuşdu. İndi isə süni ürək daha da təkmilləşdirilib və bütün cərrahi tələblərə uyğun gəlir. 

 

Mənbə: Milli.Az

26 dekabr 2013
GO BACK