Qadin.NET / Bakıda Şaxta baba olmaq istəyənlər üçün xəbər var

Bakıda Şaxta baba olmaq istəyənlər üçün xəbər var

 

Şaxta baba kimi işləmək istəyən 20 nəfər Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinə müraciət edib. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına ticarət və xidmət departamentinin mətbuat katibiƏliabbas Bağırov deyib. Onun sözlərinə görə, 18 nəfərə lisenziyalar verilib. 2 nəfərə lisenziya verilməyib, çünki onlar icazə verilməyən yerlərdə küknar ağacı quraşdırmaq istəyirdilər. Qurum rəsmisi bildirib ki, lisenziyanın qiyməti 60 manatdır. Müddəti isə 13 yanvar tarixində bitir. Şaxta baba işləməyə lisenziya almaq üçün şəxsiyyət vəsiqəsinin surəti və sağlamlıq haqqında arayışla departamentə müraciət etmək lazımdır. 

 

Mənbə: Milli.Az

26 dekabr 2013
GO BACK