Qadin.NET / "Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir"

"Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir"

 

“Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir. Lakin digər komandalara da ciddi yanaşmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin voleybolçusu Suzana Sebiç deyib. Bakının “Lokomotiv” klubunun şərəfini qoruyan libero yanvarın 3-5-də keçiriləcək dünya çempionatının III təsnifat mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. “Rabitə” ilə klublararası dünya çempionatının gümüş medalını qazanmış serbiyalı bildirib ki, meydanda onları yalnız öz oyunları düşündürəcək: “Bütün qarşılaşmalarda bacarığımızı tam ortaya qoymalıyıq. Əgər bunu etsək, rəqibin necə oynayacağı bizi narahat etməməlidir”. Qeyd edək ki, J qrupunda Azərbaycan və Serbiya ilə yanaşı, İsraillə Estoniya da yer alıb. 

 

Mənbə: Milli.Az

26 dekabr 2013
GO BACK