Qadin.NET / Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub

Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub

 

Cəbhə xəttində dörd istiqamətdə atəşkəs pozulub. Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun Şuraabad, Novruzlu, Tərtər rayonunun Seysulan kəndləri və Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

 

Mənbə: Milli.Az

26 dekabr 2013
GO BACK