Türk sənət musiqisinin böyük ismi, bəstəkar, şair və aktyor olan ünlü sənətçi Adnan Şenses 1935-ci ildə Bursada doğulmuşdu. O, müğənni karyerasına 1956-cı ildə başlayıb.
A.Şensesin rol aldığı ilk film 1960-cı ildə çəkilmiş "Fakir şarkıçı" idi. Bu dönəmdə o, ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alıb, 1961-ci ildə isə Rutkayla ailə qurub. Daha sonra Rutkayı boşayan Adnan Şenses 1964-cü ildə Meral Tunalı ilə evləndi, Arzum adlı qızı dünyaya gəldi.
Adnan Şenses sonralar Ayten Kahraman, Londonda isə Kristin adlı ingilis qadınla evlənmişdi.
1984-cü ildə evləndiyi Hayal Devranla 6 ay evli qalıb. Onun son nikahı 1990-cı ildə ailə qurduğu Lale xanımla idi.
16 il Ankara Radiosunda çalışmış Adnan Şenses 47 filmə çəkilib, onlarla albomunu satışa çıxarıb.
Adnan Şenses in ən məşhur mahnılarından biri "Neden saçların beyazlamış arkadaş" idi.
Həmin mahnının sözlərini təqdim edirik:
Neden saçlarin beyazlamış, arkadaş
Sana da benim gibi çektirenmi var?
Görüyorum ki hergün meyhanedesin,
Yasamaya küstürüp içtiren mi var?
Bir zamanlar bende deli gibi sevdim,
O bana dert, ben ona mutluluk verdim.
Yillardır soruyorum bu soruyu kendime,
Bilmem ki bu dünyaya ben niye geldim?
Yillardır soruyorum bu soruyu kendime,
Allahım bu dünyaya ben niye geldim?
Mənbə: Milli.Az