Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Miladi: 26 dekabr 2013
 Hicri: 22 Səfər 1435

İlin 360-ci günü
İlin sonuna 05 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.46
Günəş - 08.02
Zöhr - 12.45
Əsr - 15.24
Məğrib - 17.36
İşa - 18.58
1791 — ingilis iqtisadçı və riyaziyyatçı Çarlz Bebbic anadan olub.
1825 — Rusiyada "Dekabristlər üsyanı" baş vermişdir.
1891 — Amerikalı yazıçı Henri Miller anadan olub.
1898 — Fransız alimləri Mariya və Pyer Kürilər radium elementini kəşf ediblər.
1919 — Azərbaycanlı rəqqasə Əminə Dilbazi anadan olub.
1957 — SSRİ Ali Məhkəməsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1936-cı ildə güllələnmiş ikinci katibi Eyyub Xanbudaqova bəraət verib.
1968 — İstanbul Universitetində tələbələr rektorluq binasını "işğal" etdiyinə görə universitetdə dərslər kəsilib.
1975 — İlk səsdənsürətli sərnişin təyyarəsi "TU 144", birinci reysini (Moskva - Almatı) həyata keçirib. Sonradan bu sıraya Bakı şəhəri də əlavə edilib.
1976 — amerikalı aktyor və rok musiqiçi Cared Leto anadan olub.
1990 — Əlcəzair parlamenti "Ərəb dilinin istifadəsi haqqında" qanun qəbul edib
1991 — SSRİ tamamilə süqut edib.
1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb.
1995 — Ramil Usubova general-leytenant rütbəsi verilib.
2003 — İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub.
2004 — Hind Okeanında baş verən 9,15 ballıq zəlzələdən sonra (yerli vaxtla 07:58:53) yaranan sunami İndoneziya, Şri-Lanka, Tayland, Malayziya və hətta Somali sahillərində 230 min adamın ölümünə səbəb olmuşdur.
2005 — Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin "qara qutu"su tapılıb.
2006 — Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib.
2006 — İraq Apelyasiya Məhkəməsi Səddam Hüseyn barədə edam hökmünü qüvvədə saxlayıb.

Mənbə: Milli.Az

26 dekabr 2013
GO BACK